Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı 42-ci mövsümünü başa vurub. Yaradıcı kollektiv mövsüm ərzində 6 tamaşa hazırlayıb. Mövsümün sonuncu tamaşası dramaturq Marat Haqverdiyevin “Məhəbbət yaşa baxmır” komediyası (rejissor Şahmar Qəribli) olub. Tamaşa Marat Haqverdiyevin Sumqayıt teatrı ilə üçüncü birgə işidir. Tamaşada rolları İlahə Səfərova, Xatirə Süleymanova, İlham Səfərli və Akif Mirzəyev ifa edirlər.
   Başa çatan teatr mövsümündə bir neçə festivalda uğurla çıxış edən Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni mövsümdə teatr studiyasının açılması gözlənilir. Bu, gənc və perspektivli aktyor və rejissorların yetişməsində mühüm rol oynayacaq.