Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər 2010-cu il sentyabrın 1-dək Musiqili Komediya Teatrında qəbul ediləcək.
   Teatrın direktoru Əliqismət Lalayev bildirib ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir: «Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Teatrda gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac var. Ümid edirik ki, sentyabrda seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq».
   
   Vəfa Mühacirova