Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil edilən ənənəvi Anton Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsi Azərbaycanda keçiriləcəkdir. Festivalın həmin mərhələsi bu ilin noyabrında reallaşacaqdır.