138-ci teatr mövsümünün təntənəli açılış mərasimi sentyabrın 15-də baş tutacaq. Mərasim Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısındakı meydanda keçiriləcək. Açılış mərasimində Bakıda fəaliyyət göstərən 11 teatrın hər biri tamaşalarından parçalar nümayiş etdirəcək.
   Tədbirdə Teatr Muzeyi və M.F.Axundov adına Milli Kitabxananın Azərbaycan teatrına həsr olunmuş sərgisi də nümayiş olunacaq.