Bu ilin yazında start götürən I Milli teatr festivalının növbəti-üçüncü mərhələsi oktyabrın 11-dən dekabrın 10-dək Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Teatr bayramının bu mərhələsində Azərbaycanın on teatrı iştirak edəcək. Teatr kollektivləri müxtəlif tamaşalardan səhnələr göstərəcəklər. Xatırladaq ki, Milli teatr festivalının I mərhələsində altı, II mərhələsində isə on bir teatr iştirak edib.