Abdulla Şaiq adına Dövlət Kukla Teatrı yeni mövsümü dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin tamaşası ilə açacaq. Teatrdan bildiriblər ki, bu məşhur komediya Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında, Üzeyir Hacıbəylinin anadan olmasının 125-ci ildönümü münasibətilə səhnələşdiriləcək. Tamaşada Sankt-Peterburqdan gətirilmiş xüsusi marionetlərdən istifadə olunacaq. Komediyanın baş qəhrəmanı Məşədi İbadı Xalq artisti Yaşar Nuri səsləndirəcək.