Yapon kuklaları üzrə mütəxəssis Mika Mori Azərbaycanda səfərdədir. Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərdə məqsəd yapon kuklalarının tarixi və bədii kukla hərəkatı mövzusunda mühazirə oxumaqdır. Qeyd edək ki, yaponiyalı mütəxəssis avqustun 24-də Azərbaycan Dövlət Kukla Teatrında mühazirə oxuyub. Teatrda yapon kuklalarının sərgisi də təşkil olunub.
   Xanım Mori bütün dünyada ənənəvi yapon mədəniyyətini təbliğ etməklə məşğuldur. O, yapon kuklaları mövzusunda Avropa ölkələri, ABŞ, Türkiyə və Gürcüstan kimi 10-dan çox ölkədə mühazirə oxuyub.