Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi növbəti 83-cü teatr mövsümündə əsasən dünya klassiklərinin əsərlərinə müraciət edəcək.
   Teatrdan bildiriblər ki, dahi ingilis yazıçısı Vilyam Şekspirin “Romeo və Cülyetta” əsəri 30 ildən sonra yenidən Azərbaycan teatrının səhnəsində oynanılacaq. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovadır. Beynəlxalq layihə hesab olunan bu səhnə əsərinin tamaşaçıya yeni quruluşda təqdim edilməsi üçün xarici ölkələrdən də mütəxəssislər dəvət olunub.
   Bundan əlavə, teatrda daha iki tamaşanın səhnələşdirilməsinə başlanılacaq. Bunlar Vaqif Əsədovun quruluşunda ərsəyə gələcək Carlz Dikkensin “Oliver Tvistin macəraları” və Əli Əmirlinin “Mən səni sevirəm” tamaşalarıdır.