Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi noyabrda Azərbaycanda keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorundan verilən məlumata görə, festivalın açılışı noyabrın 11-də keçiriləcək. 15 gün davam edəcək festival çərçivəsində Rusiya, Belarus, Böyük Britaniya, İsveçrə, Fransa və Kanadanın teatrları Azərbaycan tamaşaçısı qarşısında maraqlı səhnə əsərləri nümayiş etdirəcəklər. Tamaşalar paytaxtın teatr səhnələrində göstəriləcək.