Hər zaman repertuar zənginliyi ilə fərqlənən Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 18-də 83-cü mövsümünün açılışını edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, həmin gün saat 12-də teatr uşaqları B.Marvinin «Yatmış gözəl», saat 19-da isə böyükləri H.Cavidin «Şeyx Sənan» tamaşaları ilə sevindirəcək.