Sentyabrın 26-da S.Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində “Ər almaq istəyirəm” tamaşasının premyerası olacaq. Teatrdan bildiriblər ki, Mixail Zadornovun pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, dekorasiya üzrə rəssamı Arif Əbdürrəhmanovdur. Rolları əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, aktyorlar Murad Məmmədov, Həcər Ağayeva, Anaida Rostovskaya və digərləri ifa edirlər.