Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar təşkil edilmiş Beynəlxalq musiqi festivalı çərçivəsində sentyabrın 26-da Dövlət Pantomima Teatrında “Dulusçu” tamaşası nümayiş etdirilib.
   Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir.
   Rejissorun sözlərinə görə, “Dulusçu” 2002-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Biz nə tövr iş görürük” adlı felyetonu əsasında səhnələşdirilib və 8 ildir Pantomima Teatrının repertuarında xüsusi yer tutur.
   Tamaşada əsas rolları Nargilə Qəribova, Elnur İsmayılov, Elman Rəfiyev, Səbinə Həsənova, Əflatun Abdullayev və başqaları ifa ediblər. Aktyorların böyük ustalıqla yaratdıqları obrazlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.