Dövlət Gənc Tamaşaçılar Teatrının artisti Şövqü Hüseynov bu günlərdə Belarusun Brest şəhərində keçirilən ənənəvi XV «Belaya Veja» Beynəlxalq Teatr Festivalından qayıdıb. Bu festival miqyas baxımdan və təqdim olunan tamaşalar etibarilə Belarusda keçirilən ən əhəmiyyətli tədbirdir. Sentyabrın 11-dən 18-dək davam edən sənət yarışmasında 15-dək ölkə təmsil olunub.
   Əməkdar artist Şövqü Hüseynov festivalda Patrik Zyüskindin «Kontrabas» mono-tamaşası ilə çıxış edib. Səhnə əsəri «Ən yaxşı mono-tamaşa» mükafatına layiq görülüb.
   Onu da qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı ikinci ildir ki, «Belaya Veja» festivalında iştirak edir. Ötən il kollektiv rus yazıçısı Nikolay Qoqolun «Dəlinin qeydləri» əsəri ilə festivalda iştirak edib.