M.T.Sidqi adına Naxçıvan Kukla Teatrı görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasını səhnələşdirir. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında bəstəkarın 125 illik yubileyi münasibətilə hazırlanır. Marionetka üsulu ilə hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rəfael Qədimov, musiqi tərtibatçısı Yaşar Xəlilovdur. Səhnə əsəri ilin sonunadək tamaşaçılara təqdim olunacaq.