2010-cu il fevral ayının 22-də start götürmüş Milli Teatr Festivalının ikinci mərhələsi artıq başa çatıb. Festivalın birinci mərhələsində 6 teatr, ikinci mərhələsində isə 11 teatr iştirak edib. Tamaşalar Bakının müxtəlif teatrlarında, Azərbaycan Teatr Xadimləri İttifaqının və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılıb. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib.
   Növbəti mərhələ oktyabr ayının 11-dən dekabrın 10-dək davam edəcək. Bakı və Sumqayıt şəhərlərində 200 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulub.
   Bu müddətdə Bakı və Sumqayıt şəhərlərində Qax Gürcü Dram Teatrı, «Yuğ» Teatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının çıxışları planlaşdırılıb.
   
   2010-cu il milli teatr festivalının cədvəli
   III mərhələ

   
   11 oktyabr Saat: 14.00 Qax Dövlət Kukla Teatrı
   «Turp» (rus xalq nağılı əsasında)
   
   12 oktyabr Saat: 14.00 Qax Dövlət Kukla Teatrı
   S.və H.Latıpovlar «Kral və əks-səda»
   Sumqayıt Dövlət Kukla Teatrı
   12 oktyabr Saat: 19.00 Qax Dövlət Gürcü Dram Teatrı
   B.Tomas «Çarlinin xalası» Aktyor Evi
   
   16 oktyabr Saat: 19.00 «Yuğ» Teatrı
   A.P.Çexov «Birinci akt»
   
   17 oktyabr Saat: 19.00 «Yuğ» Teatrı
   M.Servantes «Psix»
   
   23 oktyabr Saat: 19.00 Azərbaycan Dövlət Pantomima Teatrı
   Z.Zeynalov «Maska» Pantomima Teatrı
   
   25 oktyabr Saat: 17.00 Azərbaycan Dövlət Pantomima Teatrı
   «Pantomim buketi» Sumqayıt Teatrı
   
   1 noyabr Saat: 19.00 Qazax Dövlət Dram Teatrı
   B.Vahabzadə «Kimdir haqlı?» Aktyor Evi
   
   2 noyabr Saat: 17.00 Qazax Dövlət Dram Teatrı
   O.Kamal « Yad qızı» Sumqayıt Teatrı
   
   3 noyabr Saat: 14.00 Azərbaycan Dövlət Kukla Teatrı
   U.Şekspir «Yay gecəsində yuxu» Sumqayıt Teatrı
   
   5 noyabr Saat: 14.00 Ü.Hacıbəyli «O olmasın, bu olsun», Dövlət Kukla Teatrı
   
   1 dekabr Saat: 19.00 İrəvan Dövlət Azərbaycan Dram Teatrı
   K.Abdulla «Unutmağa kimsə yox» Aktyor Evi
   
   3 dekabr Saat: 17.00 İrəvan Dövlət Azərbaycan Dram Teatrı
   T.Özakman «Ocaq» Sumqayıt Teatrı
   
   3 dekabr Saat: 19.00 Bakı Bələdiyyə Teatrı
   Anar «Qaravəlli» Aktyor Evi
   
   4 dekabr Saat: 17.00 Bakı Bələdiyyə Teatrı
   M.Süleymanlı «Bəylik dərsi» Sumqayıt Teatrı
   
   6 dekabr Saat: 19.00 Bakı Uşaq Teatrı
   A.Soltan «Cırtdanın sonuncu qoçaqlığı» Aktyor Evi
   
   7 dekabr Saat: 17.00 Bakı Uşaq Teatrı
   İ.Soltan "Gücümüz birliyimizdədir» Sumqayıt Teatrı
   
   8 dekabr Saat: 19.00 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
   M.F.Axundzadə «Müsyö Jordan və dərviş Məstəli şah» Aktyor Evi
   
   10 dekabr Saat: 17.00 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
   M.F.Axundzadə «Müsyö Jordan və dərviş Məstəli şah» Sumqayıt Teatrı