Bakı Uşaq Teatrının narkomaniya ilə mübarizəyə həsr olunmuş “Xaş-xaşın göz yaşı” tamaşası Avropa Şurasının fəxri fərmanına layiq görülüb. Bu barədə məlumat verən teatrın yaradıcısı və direktoru İntiqam Soltan bildirib ki, tamaşa narkomaniya əleyhinə hazırlanmış səhnə əsərləri üçün cari ilin iyulunda Strasburqda təşkil edilmiş müsabiqəyə göndərilmişdi. 80 səhnə əsəri arasında seçilən 10 tamaşadan biri də “Xaş-xaşın göz yaşı” olub.
   Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır. Narkomaniya əleyhinə təbliğat məqsədi ilə səhnələşdirilən “Xaş-xaşın göz yaşı” müxtəlif həbsxanalarda da nümayiş etdirilib.