Oktyabrın 25-də Kreml Sarayının səhnəsində Kreml Balet Teatrının hazırladığı Fikrət Əmirovun “Min bir gecə” balet-tamaşasının premyerası keçiriləcək. Əsərin quruluşçu rəssamı Tahir Salahov, kostyumlar üzrə rəssamı Olqa Polyanskayadır. Balet-tamaşada ifaçıları Sergey Raxmaninov adına Simfonik Orkestr müşayiət edəcək.
   Tamaşanın əsas rollarında - Şəhrizad obrazında Aleksandra Timofeyeva, Şəhriyar obrazında Mixail Yevqenov, Nuridə obrazında Aliyə Xasenova və digərləri çıxış edəcəklər.