Xalq artisti Fuad Poladov bir neçə illik fasilədən sonra yenidən Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Teatrdan bildiriblər ki, F.Poladov Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovun layihəsi əsasında Lev Tolstoyun ilk dəfə səhnələşdiriləcək “Hacı Murad” əsərində əsas obrazlardan birini yaradacaq.
   Fuad Poladov Milli Dram Teatrının səhnəsində sonuncu dəfə 2002-ci ildə Vilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu oynamışdı.