Bakı Uşaq Teatrı bu mövsümdə tamaşaçılara yeni əsərlər təqdim edəcək. Bu barədə məlumat verən teatrın yaradıcısı və direktoru İntiqam Soltan bildirib ki, bağça uşaqları üçün türk nağılları əsasında hazırlanmış və hər biri 20 dəqiqədən ibarət iki tamaşa - “Üç balaca ayı” və “Qəhrəman köpək” artıq hazırdır. Gənclər üçün “Məzəli əhvalat” və “Üç gün adada” tamaşaları üzərində məşqlər gedir.