Musiqili Komediya Teatrının aktrisası teatrın ilk tamaşasına dəvət olunub
   
   Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin nəzdində «Qarabağ-Azərbaycan-İstanbul» teatrı yaradılıb. Teatr qardaş Türkiyədə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət göstərməklə, Qarabağ həqiqətlərini dünyaya yaymaqda müəyyən rol oynayacaq. Teatrın tamaşalarında iştirak etmək üçün yerli aktyorlarla yanaşı, Azərbaycan sənətçiləri də dəvət olunublar. Musiqili Komediya Teatrının aktrisası, uzun illər Ağdam Dövlət Dram Teatrında çalışmış Xalq artisti Fatma Mahmudova da bu məqsədlə İstanbula dəvət edilib. Xalq artisti oktyabrın 20-dən 30-dək İstanbulda yaradıcılıq səfərində olacaq.
   Qeyd edək ki, 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında fəaliyyətə başlayan Fatma Mahmudova 1994-cü ildən taleyini Dövlət Musiqili Komediya Teatrı ilə bağlayıb.
   G.Abdullayeva