Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına Gürcüstandan rejissor Robert Strua dəvət olunub. O gələn il teatrın səhnəsində yeni tamaşalara quruluş verəcək. Bu barədə teatrın direktoru İsrafil İsrafilov məlumat verib. Gürcü rejissor dünyanın müxtəlif teatrlarında Şekspir, Sofokl, Molyerin 16-dan artıq pyesini səhnələşdirib. Robert Sturu SSRİ-nin, Gürcüstanın bir çox dövlət mükafatlarına layiq görülüb. Teatrın direktorunun sözlərinə görə, Robert Sturu teatrla əməkdaşlıq üçün danışıqların aparıldığı rejissorlardan biridir. Belə ki, teatra həm də türk və litvalı rejissorların da dəvət olunması nəzərdə tutulur.