Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “açıq qapı” aksiyası baş tutub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu aksiya Müqəddəs Qurban Bayramı münasibəti ilə həyata keçirilib.
   Bu məqsədlə teatrda S.S.Axundovun və A.Şaiqin “Qaraca qız”, B.Marvinin “Yatmış gözəl” tamaşaları nümayiş olunub ki, aksiyaya Suraxanı rayonu 7 nömrəli xüsusi internatın şagirdləri, Səbail rayonu ərazisində yaşayan imkansız, aztəminatlı ailələrin uşaqları dəvət olunublar.