Noyabrın 26-da Ankarada Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İctimai Araşdırmalar Mədəniyyət və Sənət Vəqfi”nin təşkilatçılığı ilə XV Beynəlxalq Ankara Teatr Festivalı keçiriləcək. Dövlət, bələdiyyə, universitet, uşaq və özəl teatr kollektivlərinin təmsil olunduğu festivalda Türkiyənin 51 teatr truppası ilə yanaşı, Şimali Kipr, Azərbaycan, İran, Rusiya, Xorvatiya, Kosovodan kollektivlər iştirak edəcək. Tamaşalar Türkiyənin dövlət, bələdiyyə və özəl teatrlarının səhnələrində göstəriləcək. Bu il 2 min nəfər tamaşalara pulsuz baxa biləcək. Festivalda Azərbaycanı Dövlət Kukla Teatrının yaradıcı kollektivi təmsil edəcək.