Azərbaycan balet ustaları ilk dəfə məşhur baletdə çıxış edəcəklər   

   Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P. Çaykovskinin “Qu gölü” tamaşası təqdim olunacaq. Bu tamaşada ən mürəkkəb partiya olan Odetta rolunun ifası ilk dəfə gənc balet artisti Nigar İbrahimovaya etibar edilib. Balerina teatrda beşinci ildir işləyir və bu vaxtadək özünü istedadlı balet aktrisası kimi göstərib. Aktrisa Q.Qarayevin “Yeddi gözəl” tamaşasında Hind gözəli partiyasını, P. Çaykovskinin “Şelkunçik” baletində Maşa obrazını, L.Minkusun "Don Kixot" baletində Kitri partiyasını və A.Adanın "Jizel" baletində Jizeli ifa edib.
   “Qu gölü” tamaşasında şahzadə Ziqfrid partiyasını Azərbaycanın Əməkdar artisti, prezident təqaüdçüsü Gülağasi Mirzəyev ifa edəcək.