Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ötən ilin sentyabrından başlayaraq aktyorlara vokal və plastika dərslər keçilir. Bu barədə teatrın direktoru İsrafil İsrafilov məlumat verib. Direktor bildirib ki, teatra üç vokalçı dəvət edilib. Bütün aktyorların vokal imkanları yoxlanılır və onlarla lazımi hazırlıq işləri görülür. Eyni zamanda, Moskvada işləyən iki azərbaycanlı mütəxəssis aktyorlara plastika dərsi keçir. “İnanırıq ki, bu hazırlıq aktyorlarımıza qarşıdakı işlərində kifayət qədər kömək edəcək”, - deyə teatrın direktoru bildirib.