Dekabrın 20-də Lənkəran Dövlət Teatrında baş rejissor Tural Mustafayevin quruluş verdiyi “Ovod” tamaşasına baxış keçirilib. Rejissorun bildirdiyinə görə, tamaşanın premyerası yanvarda olacaq: “Lilian Voyniçin “Ovod” əsəri dünyada çox məşhurdur. Əsərdəki süjet xəttindən bir qədər uzaqlaşmışıq və zənnimcə, maraqlı struktur alınıb. Əsas olan odur ki, aktyor öz üzərində işləmə imkanı qazandı və əsəri müəyyən mənada özümüzünküləşdirdik”.
   Bir neçə yaradıcı insan qeyri-müəyyən məkana düşür və məlum olur ki, bu otaq cərrahiyyə əməliyyatı otağıdır. Burada əsas konsepsiya insanın özünü tanımasıdır. Əsas ideya şərti olaraq ata-oğul, yəni, nəsillər arasındakı problemləri göstərməkdən ibarətdir: “Tamaşada qoyduğumuz problemi açıb göstəririk. Həllini isə tamaşaçının ixtiyarına buraxırıq”.
   Rejissorun sözlərinə görə, bəstəkar Firudin Allahverdi işə incəliklə yanaşaraq tamaşanın bədii təsir gücünü çatdıran musiqi yazıb: “Rəssam Mustafa Mustafayevlə də səhnə həlli ilə bağlı mübahisələrimiz oldu, lakin nəticədə maraqlı səhnə tərtibatı yarandı”.
   Tamaşada Montanelli rolunu Qabil Quliyev və Təvəkkül Əliyev, Artur (Ovod) rolunu Sücəddin Mirzəyev və Səyyad Əliyev, Cemmanı Gülər Kərimova və Aynur Əhmədova oynayırlar.
   
   Reyhan İsayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar