Müdafiə Nazirliyinin mətbuat xidməti facebook sosial şəbəkəsinin istifadəçilərinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, artıq bir neçə gündür nazirliyin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin məlumatlarını ictimaiyyətə operativ şəkildə çatdırmaqdır.
“Bununla yanaşı, sosial şəbəkədə Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır. Rəsmi olaraq bildiririk ki, səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.