Aprelin 20-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 ili tamam olur. Həmin gün Xalq artistinin uzun illər çalışdığı Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi, mədəniyyət və incəsənət xadimləri sənətkarın Fəxri xiyabanda məzarını ziyarət edəcəklər.
Qeyd edək ki, unudulmaz aktrisanın yubileyi ilə bağlı ölkə Prezidenti tərəfindən 17 mart 2016-cı il tarixdə sərəncam imzalanıb. Noyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında korifey sənətkarın yubiley gecəsi keçiriləcək.