Bu ay UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) nəzdində fəaliyyət göstərən “Türk dünyasının musiqisi” elmi tədqiqat qrupunun 10 ili tamam olur.
Yubiley aprelin 21-23-də Qazaxıstanın Almatı şəhərində 5-ci beynəlxalq simpoziumla qeyd olunacaq. Tədbirdə ABŞ, Kanada, Portuqaliya, Yaponiya, türkdilli ölkələrdən, Rusiyanın türk respublikalarından musiqişünaslar və ifaçılar iştirak edəcəklər. Yubiley simpoziumu “Səsdən musiqi alətinə: türk xalqlarının ənənəvi musiqi mədəniyyətinin irsində səs fenomeni” mövzusuna həsr olunub.
Ölkəmizi bu tədbirdə Ənənəvi musiqi üzrə Beynəlxalq Şuranın üzvü, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Sürəyya Ağayeva təmsil edəcək. Orta əsr musiqi mədəniyyətinin tədqiqatçısı, “Azərbaycan muğamı ensiklopediyası”nın tərtibçisi, musiqişünas-şərqşünas S.Ağayeva simpoziumun birinci iclasında sədr olmaqla yanaşı, digər iclasda “Şərqin orta əsr ənənəvi vokal-instrumental musiqisinin və instrumental muğamın xüsusiyyətləri” mövzusunda məruzə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar