Aprelin 15-də Azərbaycan Dillər Universitetinin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Çinin və Azərbaycanın kukla teatrları: tarix və müasirlik” mövzusunda bədii gecə keçirilib.
Mərkəzin müdiri, professor Rafiq Abbasov Çin kukla teatrının bənzərsiz adət-ənənələrindən danışıb, dünya teatr sənəti üçün əhəmiyyətini qeyd edib. Əməkdar artist Rəhman Rəhmanov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının tarixi barədə danışıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin kukla teatrının tarixi, növ və üslubları barədə məlumat veriblər və məşhur süjetləri əsasında tamaşa göstəriblər.