Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects-RIBA) 2016-cı il üzrə elan etdiyi ilk beynəlxalq memarlıq mükafatına 30 binanın namizədliyi irəli sürülüb. Həmin tikililər arasında mərhum arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Bakıdakı Heydər Əliyev Mərkəzi də var.
Mükafata iddiaçılar arasında Çindən Kolumbiyaya, İrlandiyadan Azərbaycana qədər 20-dən artıq ölkədəki binalar var. Prtizker mükafatının sahibi, məşhur britaniyalı memar Riçard Rocersin rəhbərlik etdiyi münsiflər heyəti iyun-sentyabr aylarında namizəd binaları ziyarət edəcək.
Mükafat üçün Heydər Əliyev Mərkəzi ilə yanaşı, Zaha Hadidin layihəsi olan başqa bir bina - Honkonq Texniki Universitetinin nəzdindəki Jokey İnnovasiya Klubu Qülləsi də namizəddir.
Birinci mərhələdə 30 bina sırasından 20-si, son mərhələdə isə 6 tikili arasından qalib seçiləcək.
Mükafatın qalibi 2016-cı ilin dekabr ayında elan olunacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar