Mayın 5-də Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində Azərbaycanın ilk maarifçi qadınlarından olmuş Hənifə xanım Məlikovanın doğum gününə həsr olunmuş “Bir qadının həyat tarixçəsi” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Vəfa Bayramova böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanımın həyat və fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, Şimali Qafqazın Nalçik şəhərində dünyaya gələn Hənifə xanım ömrünü Həsən bəy Zərdabi ilə bağladıqdan sonra ona təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olmuşdur.
Yaşadığı həyat bəzən təqiblərlə dolu olsa da, o, mübarizədən geri çəkilməmişdi. O, Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurmuş, 1901-ci ildə H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan ilk rus-müsəlman qızlar məktəbinə rəhbərlik etmişdi.
Sonda tədbir iştirakçıları muzeydə təşkil olunmuş multikulturalizm ilə bağlı sərgi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar