Tanınmış folklorşünas, filologiya elmləri namizədi Elxan Məmmədlinin 70 illik yubileyi münasibətilə “Ağrıdağ” nəşriyyatında “Elxan ömrü, saz ömrü” kitabı işıq üzü görüb.
Azərbaycan Aşıqlar Birliyinin mətbuat xidmətindən bildirilib ki, kitaba E.Məmmədlini yaxından tanıyan ziyalıların, aşıq sənətinin bilicilərinin, dostlarının və yaxınlarının ürək sözləri ilə yanaşı, yubilyarın poetik yaradıcılığından nümunələr də daxil edilib. Nəşrdə alimin Azərbaycan folklorşünaslığı, sazımızın-sözümüzün təbliği üçün gördüyü işlərdən söz açılır. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, tərtibçisi Vüsal Abiyevdir.