Prezident İlham Əliyev iyunun 10-da Vidadi Aydın oğlu Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Azərxalça” ASC dövlət başçısının 5 may 2016-cı il tarixli sərəncamı ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin bazasında yaradılıb. Səhmləri dövlətə məxsus olan qurum xalça və xalça məmulatlarının istehsalı, ölkə daxilində və xaricdə satışının təşkili, xalça istehsalında yeni texnologiyaların tətbiqi və s. işləri yerinə yetirəcək.