İyunun 16-da İran İslam Respublikasının "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysi üzrə ilk uçuş həyata keçirilib.
Bununla bağlı jurnalistlərə açaqlama verən İranın ölkəmizdəki səfiri Möhsün Pakayin qeyd edib ki, reyslər həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər reallaşdırılacaq. "Airbus 320" təyyarələri ilə yerinə yetirilən aviareysin biletinin qiyməti 180 manatdır.
Səfir məlumat verib ki, "ATA Airlines" şirkəti gələcəkdə Bakı-Məşhəd reysinin açılmasını da planlaşdırır: “Ümid edirəm ki, ilin sonunadək bu reys də açılacaq”.