Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ekologiya işçi qrupu tərəfindən “5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” münasibətilə “Yaşıl selfie” şüarı altında həyata keçirilən müsabiqəyə yekun vurulub.
İttifaqın departament rəhbəri Çingiz Səfərov layihə ilə bağlı məlumatları iştirakçıların nəzərinə çatdırdıqdan sonra fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub, I, II və III yerin sahibləri isə diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
I yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Əhməd Nicat, II yerə 7 yaşlı Nuray Cənnətzadə, III yerə isə Bakı Biznes Universitetinin tələbəsi Asif Qasımzadə layiq görülüb.