İyunun 24-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artistləri, Gənc Tamaşaçılar Teatrının aktyorları Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri münasibətilə tədbir keçiriləcək.
Bu il Ağaxan Salmanlının 75, Yasin Qarayevin 70 yaşı tamam olur. Teatr Muzeyinin Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birlikdə təşkil etdiyi tədbirdə yubilyarların həyat və yaradıcılığı haqqında söhbət açılacaq. Aktyorlar sənət yollarından danışacaq, iştirakçıların suallarını cavablandıracaqlar.