İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb. Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə müsahibəsində bildirib ki, “bir millət, iki dövlət” olan ölkələrimiz belə ağır günlərdə bir-birinin yanındadır.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.
İyunun 29-da çoxlu sayda Azərbaycan vətəndaşı Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısında toplaşaraq qardaş ölkə xalqının dərdinə şərik olub, ölənlərin xatirəsinə ehtiramlarını bildirib.
Atatürk parkından başlayan aksiyanın iştirakçıları səfirliyin binasının önünə yürüş edib, həlak olanların xatirəsinə hörmət əlaməti olaraq burada qərənfillər düzüb, əklillər qoyublar.
Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutan insanlar hadisədən kədərləndiklərini bildirib, terroru lənətləyib, ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinə dair şüarlar səsləndiriblər. Tədbir iştirakçıları terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə xalqının və dövlətinin yanında olduğunu qeyd ediblə