Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” kampaniyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə yaradıcı yazı müsabiqəsi elan edib.
Hekayələr ingilis dilində yazılmalı və 4-6 min sözdən ibarət olmalıdır. Müəllifin istəyindən asılı olaraq hekayələr təsvir və ya faktlar əsasında yazıla bilər.
Seçilmiş hekayələr topluda dərc ediləcək və Avropada yayılacaq. I, II və III yerləri tutanlara 500, 250 və 150 funt məbləğində pul mükafatı veriləcək.
Materiallar noyabrın 1-dək neil.watson@teas.eu ünvanına göndərilməlidir. Müsabiqənin şərtləri haqqında məlumatı aşağıdakı linkdən əldə etmək olar: http://teas.eu/klp