AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin dissertantı İlahə Xantəmirova “Mirzəbala Məmmədzadənin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı elmi tədqiqat işinə dair material toplamaq üçün İstanbulda ezamiyyətdə olub.
O, Atatürk və İstanbul Bəyazid kitabxanalarında apardığı araşdırmalar zamanı Mirzəbala Məmmədzadə və digər mühacirlərin yazılarının nəşr olunduğu “Yeni Qafqasya” (1923-1928), “Azeri Türk” (1928-1930), “Bildiriş” (1930-1931) qəzet və jurnallarını əldə edib. Bundan əlavə, İstanbulda Azərbaycan mühacirləri tərəfindən nəşr olunmuş “İlham Kaynağı”, “Mukaddes Odlar ülkesi”, “Millet andı”, “Milli ateş”, “Yasamız” kimi jurnallarda da M.Məmmədzadənin yazıları aşkarlanıb.