“Cəsur təyyarə” cizgi filmi təqdim ediləcək
   
   
    «Azanfilm» studiyasının hazırladığı «Cəsur təyyarə» adlı yeni cizgi filminin çəkilişləri başa çatmaq üzrədir. Cizgi filmi Gülşən Tofiqqızının ssenarisi əsasında çəkilir. Quruluşçu rejissor Aleksandra Şirinova, quruluşçu rəssam Gülçin Özer, animator rəssamlar - əməkdar mədəniyyət işçiləri Rauf Dadaşov və Firəngiz Quliyeva, texniki operator isə Konstantin Qavrişdir. «Azanfilm»in direktoru və bədii rəhbəri Elçin Hami Axundovun sözlərinə görə, son onilliklərdə ilk dəfədir ki, Azərbaycanda cizgi filminin çəkilişlərinə Moskva animatorları cəlb edilib. “Cəsur təyyarə” cizgi filmi orijnal və qeyri-adi tərtibatda təqdim ediləcək.