Film ATA TV-nin texniki dəstəyi ilə reallaşdırılır

   Türkiyədə Azərbaycan həqiqətləri və Xocalı soyqırımı haqqında sənədli film çəkilir. Türkiyənin Qazi Universitetinin beynəlxalq münasibətlər fakültəsinin aspirantı, soydaşımız Elnur Paşanın müəllifi olduğu film ATA TV-nin texniki dəstəyi ilə reallaşdırılır. Filmdə təkcə Xocalı soyqırımı deyil, ümumilikdə ermənilərin tarix boyu azərbaycanlıların başına gətirdiyi faciələrdən, Qarabağ münaqişəsinin başlanmasından və erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyətindən də bəhs olunur. Sənədli filmdə Türkiyənin tanınmış tarixçiləri və ekspertləri - "Türksam" Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oqan, Türk Tarix Qurumunun keçmiş sədri Yusuf Halvaçıoğlu, erməni məsələsi üzrə araşdırmaçı Necla Günay və digərlərinin fikirləri yer alıb. Sənədli filmin Türkiyənin bir neçə nüfuzlu televiziyasında yayımlanması ilə bağlı razılıq əldə olunub. Bundan əlavə, filmin CD formatında Türkiyədə və Avropa ölkələrində yayılması da nəzərdə tutulur.