Martın 11-də Muzey Mərkəzində milli kinomuzun layiqli sənətkarı, xalq rəssamı Məmmədağa Hüseynovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
   Kinoşünas Aydın Kazımzadə Məmmədağa Hüseynovun filmlərə çəkdiyi eskizlər və fərdi sənətkarlıq əsərlərinin dünyanın bir çox ölkələrində keçirilmiş sərgilərdə uğurla təqdim olunduğunu diqqətə çatdırıb.
   Tədbirdə onun rəssam kimi bədii tərtibat verdiyi “Kölgələr”, “Ögey ana”, “Böyük dayaq”, “Nəsimi” “Əhməd haradadır?”, “Asif, Vasif, Ağasif” və s. filmlərdən kadrlar nümayiş olunub. Tədbirdə tanınmış incəsənət ustaları və kino xadimləri də iştirak edib.