Qarabağda torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Xalid Quliyevə həsr edilmiş “Ölümsüzlər” sənədli filmi “Oskar production” şirkətinin dəstəyi ilə burada çalışan rejissorlar tərəfindən çəkilir. Xatırladaq ki, Xalid Quliyev Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın həyat yoldaşı olub. Filmin çəkilişində müğənninin ailə arxivindən də istifadə ediləcək.