Ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, prodüseri Nəriman Məmmədov olan "Sahə" tammetrajlı bədii filminin «Nərimanfilm» studiyasında çəkilişləri başa çatdırılıb. Filmin nümayişi yaxın günlərdə keçiriləcək. Xatırladaq ki, "Sahə" kino layihəsi Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının Azərbaycan və Gürcüstanla birgə hazırladığı ilk işidir. Aktyor heyəti Azərbaycan, Gürcüstan, Fransa, Rusiya və ABŞ-dan olan aktyorlardan ibarətdir. Filmdə amerikalı fotomodel Debora Kidd də iştirak edib.