Xalq şairi Vaqif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edən sənədli film çəkilir. Bu ekran əsəri “Tanrıya dualar” adlanır. Azərbaycan Teleradio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal edəcəyi filmdə Vaqif Səmədoğlu təkcə şair, dramaturq, musiqiçi kimi deyil, həm də ictimai xadim kimi təqdim olunacaq, Azərbaycan ədəbiyyatına, elminə, ictimai-siyasi həyatına, hərb tarixinə önəmli şəxsiyyətlər bəxş etmiş Vəkilovlar nəslindən söhbət açılacaq. Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Cahangir Mehdiyev, operatoru Adil Abbasovdur.