Tahir Əliyevin filmi festivallarda
   
   22-31 may Rusiyanın Lipetski şəhərində 18-ci Beynəlxalq “Qızıl Cəngavər” Beynəlxalq Kinofestivalı keçirilib. Festivalda Azərbaycan rejissor Tahir Əliyev “Təxəllüsü Mixaylo” filmi ilə iştirak edirdi. Film festivalın “Müharibə mövzusunun istedadlı həlli” diplomuna layiq görülüb. Festivalda iştirak edən rejissor Tahir Əliyevin sözlərinə görə, 18-ci Beynəlxalq “Qızıl Cəngavər” festivalına 36 ölkədən 260 film təqdim olunmuşdu: “Festivalın əsas məqsədi Serbiya və Rusiya dostluğuna həsr olunmuşdu. Bizim məqsədimiz isə festivalda Azərbaycanı təmsil etmək idi. İştirak edən filmlər festivalın tələb etdiyi mövzuya uyğun gəlməlidir. “Təxəllüsü Mixaylo” filminin mövzusu da tələb edilən mövzunu ödəmişdir”.
   Qeyd edək ki, rejissorun “Təxəllüsü Mixaylo” filmi 1-10 mayda Ukraynanın Sevestopol şəhərində keçirilən V Beynəlxalq Avroaziya Kinofestivalında isə 1-ci dərəcəli diploma layiq görülüb. “Təxəllüsü Mixaylo” filmi 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyasında istehsal olunub. Film Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin partizan həyatından bəhs edir.
   
   Elmin