Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2008-ci ildə istehsalata buraxılan “İstanbul reysi” bədii filmi artıq tamamlanmaq uzrədir. Filmin son tamamlanma işləri gedir. “İstanbul reysi” bədii filminin rejissoru Eldar Quliyevdir. Ümumiyyətlə, 2006-2008-ci illər arasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsalata buraxılan filmlərin (“İlahi məxluq”, rejissor Yavər Rzayev, “Ziyarət”, rejissor Samir Kərimoğlu, “Ölüm növbəsi”, rejissor Fikrət Əliyev, “Cavad xan”, rejissor Rövşən Almuradlı) bu ilin sonuna qədər baxış üçün hazır olacağı gözlənilir. 

   Aytək