Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında xalq şairi Zəlimxan Yaqubun 60 illiyi münasibətilə onun həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edən tammetrajlı sənədli film çəkilir. Hazırda çəkilişlər şairin doğulub boya-başa çatdığı Kəpənəkçi kəndində aparılır.
   Yeni ekran əsəri Borçalıda, Dərbənddə, Orta Asiyada, İranda, Özbəkistanda, Türkiyədə, Rusiyada və Azərbaycanın müxtəlif tarixi yerlərində lentə alınacaq.
   Filmin ssenari müəllifləri xalq yazıçısı Mövlud Süleymanlı və Aydın Dadaşov, rejissoru Tofiq Məmmədovdur.
   
   İntiqam