
Filmin çəkilişləri əsasən Bakıda və Bakıətrafı ərazilərdə aparılacaq. Filmin quruluşçu operatoru Rövşən Quliyev, bəstəkarları Nazim Əhmədovla Vasif Arifoğlu, ikinci rejissoru Akif Rüstəmov, icraçı prodüseri Əbdülnəsir Qutiyevdir. Filmin baş prodüseri rejissor özüdür. “Aktrisa”nın 2010-cu ilin mart ayına qədər tamamlanması nəzərdə tutulur.
Dijital formatda çəkiləcək film “Pozitiv Media” istehsal edilir.
Rejissoun kinozal.az saytına verdiyi məlumata görə, film Azərbaycan kinosu üçün yeniliklərlə zəngin olacaq: “Psixoloji detektiv, dram, triller janrlarını özündə birləşdirəcək “Aktrisa” filmi ilk kadrdan tamaşaçını cəlb edəcək. Filmə çox güclü hazırlıq mərhələsi aparılıb”.